Ermənistanda Rusiya sərhədçiləri qəzaya düşdü, ölən və yaralanan var

   Ermənistanda Rusiya sərhədçiləri qəzaya düşdü,  ölən və yaralanan var
  29 Oktyabr 2021    Oxunub:1200
Ermənistanın Ararat vilayətində Rusiya Sərhəd Qoşunlarına məxsus avtomobilin dərəyə yuvarlanması nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.
AzVision.az xəbər verir ki, bu barədə “Shamshayn” saytı məlumat yayıb.

Hadisə bu gün baş verib. Qəza nəticəsində bir nəfər yerindəcə ölüb, digəri xəstəxanaya yerləşdirilib.

Məlumata görə, ölən və yaralananlar Rusiya sərhəd qoşunlarının hərbçiləridir. Hadisə yerinə Rusiya sərhəd qoşunlarının əməliyyat-istintaq qruplarının gəlməsi gözlənilir.

Polis həlak olan və yaralanan şəxslərin kimliyini araşdırır.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Ermənistan   Qəza  



Xəbər lenti