Beyləqanda külli miqdarda narkotik aşkarlanıb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Gəncə şəhər sakinləri Əli Abbasov və Emin Nağıyev rayon ərazisində saxlanılıblar.
Şəxsi baxış keçirilən zaman Ə.Abbasovdan 3 kiloqramdan artıq tiryək, 1 kiloqram 900 qram heroin və 1 kiloqram 800 qram “patı” adlandırılan psixotrop maddə-metamfetamin aşkar edilərək götürülüb. Faktla bağlı Beyləqan RPŞ-də araşdırma aparılır.
AzVision.az
Teqlər: DİN







Vaxtında, Aydın, Lazımlı!


