Bu il xaricə oxumağa gedənlərin sayı məlum olub
Tələbələrin qəbul aldığı universitetlər sırasında “Budapest University of Technology and Economics”, “Corvinus University of Budapest”, “Eötvös Loránd University”, “MGIMO University”, “Riga Technical University” və “İstanbul Üniversitesi” üstünlük təşkil edir.
Qeyd edək ki, HTP çərçivəsində təhsil alacaq təqaüdçülərdən biri dünya universitetlərinin beynəlxalq reytinq cədvəlində 28-ci sırada olan “Tsingua University” (Çin Xalq Respublikası) ali təhsil müəssisəsinə qəbul olub.
Ümumi statistika ilə keçidə daxil olaraq tanış ola bilərsiniz.
Azərbaycanın imzaladığı hökumətlərarası müqavilələrə uyğun olaraq bəzi ölkələr (Macarıstan, Çin, Qazaxıstan, Rumıniya, Tacikistan, Latviya və s.) hər il Azərbaycan vətəndaşları üçün təqaüd yerləri ayırır. Sözügedən təqaüd proqramlarına dair elanlar müvafiq internet səhifə vasitəsi ilə (https://azvision.az/redirect.php?url=http://htp.edu.az/az/index ) mütəmadi olaraq ictimaiyyətə təqdim edilir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


