"Saakaşvili intihar edə bilər" - Qaribaşvili

   "Saakaşvili intihar edə bilər" -    Qaribaşvili
  29 Oktyabr 2021    Oxunub:1368
“İnsanın intihar etmək hüququ var”. AzVision.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili ölkənin eks-prezidenti Mixael Saakaşvilinin aclıq aksiyası keçirməsinə münasibət bildirərkən deyib.
“Qanunda yazılıb ki, insanın intihar etmək hüququ var. Əgər insan özünü öldürmək qərarına gəlsə, o, özünü öldürə bilər, lakin təbii ki, dövlət buna görə məsuliyyət daşımayacaq”, - Qaribaşvili əlavə edib.

O, həmçinin bir daha vurğulayıb ki, eks-prezidentin vaxtından əvvəl azadlığa buraxılması və Ukraynaya transferindən söhbət gedə bilməz: "Bu, hakimiyyətin ölkə qanunlarına hörmət etməməsi demək olardı".

Saakaşvili oktyabrın 1-də, səkkiz illik mühacirətdən sonra Ukraynadan Gürcüstana qayıtdıqdan dərhal sonra saxlanılıb. O, bir aya yaxındır ki, həbsxanada aclıq aksiyası keçirir və tibbi yardımdan imtina edib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Gürcüstan  



Xəbər lenti