"Təzə gətirilən avtobuslar xəttə buraxılmayıb” - BNA

   "Təzə gətirilən avtobuslar xəttə buraxılmayıb” -    BNA
  29 Oktyabr 2021    Oxunub:1167
“Azərbaycanın Türkiyədən aldığı avtobusların ölkəyə çatdırılmasına başlanılıb”.
Bunu AzVision.az -a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib. Onun sözlərinə görə, ölkəmizə avtobusların gətirilməsi 2020-ci ilin dekabrın 10-da Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə təşkil olunan mərasimdə Bakı Nəqliyyat Agentliyi ilə Türkiyənin “BMC Otomativ Sənaye və Ticarət” şirkəti arasında bağlanan müqaviləyə əsasən həyata keçirilir:

“320 ədəd avtobusdan 150 ədədi 12 metrlik, 170 ədədi isə 9 metrlik avtobuslardır. 12 metrlik avtobusların iki mərhələdə gətirilməsi həyata keçirilir. Artıq çatdırılma proseslərinə başlanılıb. Avtobusların çatdırılması istehsalçı şirkətin bizə təqdim etdiyi qrafikə uyğun olaraq həyata keçirilir. Təzə gətirilən avtobuslar xəttə buraxılmayıb”.

Aytən Zəhra
AzVision.az



Teqlər: BNA   Avtobus  





Xəbər lenti