Azərbaycanda 11 yaşlı qız uşaq dünyaya gətirdi - Araşdırma aparılır

   Azərbaycanda 11 yaşlı qız uşaq dünyaya gətirdi -    Araşdırma aparılır
  29 Oktyabr 2021    Oxunub:4488
İmişli rayonunda 11 yaşlı qız uşaq dünyaya gətirib
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb. O bildirib ki, zorlandıqdan sonra hamilə qalan 11 yaşlı qız qeysəriyyə əməliyyatı edilib:

“Əməliyyatla uşaq götürülüb. Ailə doğulan körpədən imtina edib. 11 yaşlı qız reanimasiyaya yerləşdirilib”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Teymur Mərdənoğlu AzVision.az -a açıqlamasında məsələnin qurumun nəzarətində olduğunu bildirib:

"Bununla bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə və İmişli rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya müraciət edilib. Araşdırma aparılır. 11 yaşlı qızın uşaq dünyaya gətirməsi cinayətdir və ümid edirik ki, cinayətkar cəzasını alacaq".

Aytən Zəhra
AzVision.az


Teqlər: Uşaq  



Xəbər lenti