ÜST rəhbəri dünyanı yeni pandemiyaya hazırlaşmağa çağırıb

ÜST rəhbəri dünyanı yeni pandemiyaya hazırlaşmağa çağırıb
  30 Oktyabr 2021    Oxunub:894
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus dünya ictimaiyyətini mövcud COVID-19 pandemiyasından dərs almağa və yeni pandemiyaya hazırlaşmağa çağırıb.
AzVision.az xəbər verir ki, bu barədə o, Romada G20-nin maliyyə və səhiyyə nazirlərinin görüşündə deyib.

ÜST rəhbəri bildirib ki, Yer kürəsində başqa bir virusun yayılmasının qarşısını almaq qeyri-mümkündür və bioloji baxımdan danılmazdır.

“Bu pandemiyaya son qoysaq belə, onun bizə öyrətdiyi dərsləri öyrənməli və növbəti pandemiyaya hazırlaşmalıyıq”, - ÜST rəhbəri bildirib.

"Bioloji nöqteyi-nəzərindən nə vaxtsa başqa bir virusun olacağına heç bir şübhə yoxdur, biz sadəcə onun qarşısını ala bilməyəcəyik", - əlavə edib.

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri dünyada vaksinlərə çıxışda bərabərliyin olmamasına diqqət çəkib:

"Hazırda dünya sakinlərinin 36%-i koronavirusa qarşı tam peyvənd olunub, lakin Afrikada bu rəqəm cəmi 6%-dir. Peyvəndlər insanların həyatını xilas etsə də, infeksiyanın ötürülməsini dayandırmır. Ona görə də hər bir ölkə bütün vasitələrdən, o cümlədən səhiyyə və sosial sahədə hazırlanmış tədbirlərdən sınaq, müalicə və vaksinlərlə birgə” istifadə etməlidir”, - deyə o, yekunlaşdırıb.

AzVision.az


Teqlər: ÜST   Pandemiya  





Xəbər lenti