Gürcüstanda seçkilərin ikinci turu keçirilir

Gürcüstanda seçkilərin ikinci turu keçirilir
  30 Oktyabr 2021    Oxunub:1214
Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilərin ikinci turu keçirilir.
AzVision.az xəbər verir ki, ikinci tur paytaxt Tbilisi də daxil olmaqla, 5 şəhərdə, 15 bələdiyyəni əhatə edən 24 seçki dairəsində təşkil olunub. Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, ikinci turda 2 milyon 88 min 722 seçici səs verəcək.

Qeyd edək ki, oktyabrın 2-də keçirilən seçkilərdə paytaxt Tbilisi də daxil olmaqla 20 şəhər və 42 yerli majoritar dairədə namizədlər istənilən səs faizini toplaya bilməyiblər. Ona görə də bu dairələrdə səsvermənin ikinci turu təşkil olunub.

Səhər saat 8:00-da 24 dairə seçki komissiyası üzrə 1830 seçki məntəqəsi, o cümlədən 29 xüsusi seçki məntəqəsi səsverməyə hazır vəziyyətə gətiriləcək.
MSK-nın qərarına əsasən seçicilərin sayı 300 nəfərdən çox olan 1750 məntəqədə veb-kameralar quraşdırılıb.
Səsvermə saat 8:00-da başlayıb, axşam 20:00-da başa çatacaq.

AzVision.az


Teqlər: Gürcüstan   Seçki  





Xəbər lenti