İvanişvili səs verdi

İvanişvili səs verdi
  30 Oktyabr 2021    Oxunub:579
Hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasının təsisçisi və keçmiş baş nazir Bidzina İvanişvili yerli seçkilərin ikinci turunda səs verib.
AzVision.az xəbər verir ki, həyat yoldaşı Yekaterina Xvedelidze ilə Mtatsminda rayonundakı 4 saylı seçki məntəqəsinə gələn İvanişvili jurnalistlərin suallarını cavablandırmayıb.

Bir müddət əvvəl siyasətdən getdiyini açıqlayan keçmiş baş nazir və milyarder heç bir şərh vermədən seçki məntəqəsini tərk edib.

Xatırladaq ki, Gürcüstan vətəndaşları bu gün 20 şəhər və rayon üzrə merləri seçirlər. Əsas rəqabət hakim partiya ilə müxalif “Vahid Milli Hərəkat”ın təmsilçiləri arasında gedir. Ən sərt mübarizə isə paytaxt Tbilisi meri seçilmək üçün gedəcək. Bu post uğrunda hakim partiyanın namizədi, hazırkı mer Kaxa Kaladze və müxalif "Vahid Milli Hərəkat"dan Nika Meliya mübarizə aparır. Birinci turda Kaladze rəqibini 45% səslə üstələmişdir, Meliya is 34% səs almışdı.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Gürcüstan   Seçki  





Xəbər lenti