"Bakıətrafı qəsəbələrdə 9 metrlik avtobuslar xəttə buraxılacaq"- BNA
Bunu AzVision.az -a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib.
"9 metrlik avtobusların bir neçəsi qəsəbələrdə test edilib. Bir neçə texniki məsələlər həll edildikdən sonra onlar xəttə buraxılacaq. Bu istiqamətində intensiv iş aparılır".
M.Ağayevin sözlərinə görə, 9 metrlik avtobuslar Bakıətrafı kənd və qəsəbələr üzrə sərnişindaşımaların vəziyyətinin yaxşılaşdırılmasında çox böyük dəstək olacaq:
“Çünki Prezident İlham Əliyevin Bakıətrafı kənd və qəsəblər üzrə sərnişindaşımaların vəziyyəti yaxşılaşdırılması ilə bağlı xüsusi tapşırığı var. 9 metrlik avtobusların alınmasında ən başlıca məqsəd Bakıətrafı kənd və qəsəbələr üzrə sərnişin daşımaları yaxşılaşdırmaqdır. 9 metrlik avtobusların Binəqədi, Maştağa Ramana, Zabrat kimi ətraf kənd və qəsəbələrin daxilində olan yollarda manevr etmək imkanı daha genişdir. 12 metrlik avtobuslar test edilərkən onların Bakıətrafı və kənd və qəsəbələrin bir çoxunda hərəkət etmək imkanlarının məhdud olduğu müşahidə edildi".
Aytən Zəhra
AzVision.az
Teqlər: Avtobus







Vaxtında, Aydın, Lazımlı!


