Görüş zamanı Rusiya regionlarında Azərbaycan turizminin təbliğinə dair tədbirlər planı müzakirə edilib. Bundan əlavə, tədbirdə Azərbaycanın turizm destinasiyası kimi təqdimatı, həmçinin Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin nümayəndəsi tərəfindən Naxçıvanın turizm məhsullarının nümayişi keçirilib. Konfrans çərçivəsində Krasnodar, Sverdlovsk, Astraxan vilayətlərinin və Tatarıstan Respublikasının turizm məhsulları haqqında məlumat verilib.
Rusiyanın ərazi vahidləri səviyyəsində Azərbaycan turizminin təbliğatı əsasən Sverdlovk vilayəti ilə işgüzar və müalicəvi turizm sahəsində, Krasnodar vilayəti ilə “İter Vitis” şərab marşrutu üzrə şərab və qastronomik turlar, Tatarıstan Respublikası ilə tarixi və mədəni irs, Astraxan vilayəti ilə Xəzər dənizində kruiz marşrutlarının yaradılması istiqamətində keçirilməsi planlaşdırılır.
2021-ci ilin sentyabrında Azərbaycana səfər edən Rusiya vətəndaşlarının sayı 18 min 967 nəfər təşkil edib ki, bu da 2020-ci ilin eyni ayı ilə müqayisədə 2,7 dəfə artım deməkdir.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


