Ermənistanda “maska rejimi” sərtləşdirilir

Ermənistanda “maska rejimi” sərtləşdirilir
  30 Oktyabr 2021    Oxunub:816
Noyabrın 1-dən Ermənistanda yenidən məcburi "maska rejimi” qüvvəyə minəcək.
AzVision.az
xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri qərar imzalayıb.

Qeyd olunub ki, koronavirus xəstəliyinin yayılma riskini azaltmaq məqsədilə noyabrın 1-dən açıq ictimai yerlərdə də maskanın taxılması məcburidir. İstisna 5 yaşınadək uşaqlara, bir sıra məmurlara, xroniki respirator xəstəlikləri olanlara, açıq havada idman edənlərə, studiyada tək olan televiziya aparıcılarına, surdotərcüməçilər, kar və lallar, ruhi xəstəlikdən əziyyət çəkənlərə aiddir.

Qeyd edək ki, Ermənistanda 2020-ci il martın 16-dan sentyabrın 11-dək fövqəladə vəziyyət qüvvədə olub. Daha sonra ölkədə 2021-ci il iyulun 11-dək karantin tətbiq edilib. Hökumətin qərarı ilə karantin dekabrın 20-dək uzadılıb.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Ermənistan   Maska  





Xəbər lenti