Ermənistanda virusdan bir gündə 52 nəfər öldü

Ermənistanda virusdan bir gündə 52 nəfər öldü
  30 Oktyabr 2021    Oxunub:561
Ermənistanda son sutka ərzində daha 2193 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
AzVision.az "Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 306 739 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 52 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 6284-ə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1291 nəfərdir. Aktiv xəstələrin sayı 31 650 nəfər təşkil edir.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Ermənistan   Virus  





Xəbər lenti