Zaqatala rayon sakinindən odlu silah götürülüb

Zaqatala rayon sakinindən odlu silah götürülüb
  30 Oktyabr 2021    Oxunub:975
Zaqatala Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat zamanı rayonun Muğanlı kənd sakini Akşin Quraməhəmmədovdan müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.
.DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzVision.az -a verilən məlumata görə,

Onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.

AzVision.az


Teqlər: Silah  



Xəbər lenti