Məşhur diktor İqor Kirillov vəfat edib

 Məşhur diktor İqor Kirillov vəfat edib
  30 Oktyabr 2021    Oxunub:1689
Sovet dövrünün və Rusiyanın məşhur diktoru, jurnalist, SSRİ-nin xalq artisti İqor Kirillov 89 yaşında vəfat edib.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. Onun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Kirillovu "ən tanınan səs"in sahibi adlandırdılar. O, "Zaman", "İlin mahnısı" və bir çox başqa verilişlərin aparıcısı olub.

İqor Kirillov televiziya karyerasına rejissor köməkçisi kimi başlayıb. Cəmi iki ay yarım sonra Mərkəzi Televiziya Studiyasında diktor müsabiqəsi elan olunub və o, işə götürülüb. 1961-ci ilin aprelində Yuri Qaqarinin uçuşunu elan edən də məhz Kirillov idi.

Mərhum diktor müasir Rusiyanın Qırmızı Meydanında 9 May paradlarının daimi aparıcısı olub. Həmçinin, 1965-1980-ci illərdə SSRİ-də keçirilən paradlarda da diktor olub.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: İqor-Kirillov  





Xəbər lenti