Şikayət olunan daşıyıcılar yeniləri ilə əvəzlənəcək

 Şikayət olunan daşıyıcılar yeniləri ilə əvəzlənəcək
  30 Oktyabr 2021    Oxunub:1039
Sosial şəbəkələr üzərindən gələn şikayətləri təhlil edərkən insanların xidmətindən daha çox narazı qaldığı 10-a yaxın müntəzəm marşrut xətti müəyyənləşdirildi. Artıq həmin daşıyıcılara problemləri qısa zamanda aradan qaldırılması ilə bağlı xəbərdarlıq edilib.
Bunu AzVision.az -a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib. O bildirib ki, bir aydan sonra daşıyıcıların fəaliyyəti yenidən monitorinq ediləcək:

"Hansı daşıyıcılar fəaliyyətində müsbətə doğru dəyişiklik etməyiblərsə, onlara qarşı qanunvericikdə müəyyən edilmiş tədbirlər görüləcək. Ən vacib məsələ onların istimarında olan həmin marşrut xətti yeni daşıyıcıların müəyyənləşdirilməsi üçün müsabiqəyə çıxarılacaq. Bizim araşdırdığımız sadəcə sosial şəbəkələr üzərində gələn şikayətlər idi. Bu o demək deyil ki, sadəcə 10 xəttlə bağlı narazılıq var idi. Elə xətlər də var ki, onlardan da Çağrı Mərkəzinə, yaxud agentliyin özünə müraciət edilir".

Aytən Zəhra
AzVision.az


Teqlər: Avtobus  





Xəbər lenti