Amerika esminesi Qara dənizə daxil olub

   Amerika esminesi Qara dənizə daxil olub
  30 Oktyabr 2021    Oxunub:1098
ABŞ-ın qanadlı raketlərlə silahlanmış “Porter” esminesi Qara dəniz akvatoriyasına daxil olub.
AzVision.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Qara dəniz donanmasının qüvvələri və vasitələri gəmini izləyir.

“Qara Dəniz Donanmasının qüvvə və vasitələri 2021-ci il oktyabrın 30-da Qara dənizə daxil olan ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Porter” esminesinin hərəkətlərini izləməyə başlayıb”, – məlumatda bildirilib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: ABŞ   Rusiya  





Xəbər lenti