20 nömrəli məktəbdə karantin müddəti 10 gün uzadıldı

 20 nömrəli məktəbdə karantin müddəti 10 gün uzadıldı
  30 Oktyabr 2021    Oxunub:1788
Bakı şəhəri 20 nömrəli məktəb-liseydə karantin müddəti daha 10 gün uzadılıb.
Bakı şəhəri üzrə Təhsil İdarəsindən  AzVision.az -a verilən məlumata görə, son günlərdə 20 nömrəli məktəb-liseyin daha bir neçə müəllim və şagirdinin COVİD-19 virusuna yoluxması faktı təsdiqini tapdığı üçün Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən karantin müddəti uzadılıb.
Bu müddət ərzində təhsil müəssisəsində dərslər distant formada davam etdiriləcək, tədrisin davamlılığı təmin olunacaq.

Qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.

AzVision.az



Teqlər: Məktəb  





Xəbər lenti