Azad olunan ərazilərə keçməyə cəhd göstərən şəxs saxlanıldı

Azad olunan ərazilərə keçməyə cəhd göstərən şəxs saxlanıldı
  30 Oktyabr 2021    Oxunub:863
Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları oktyabrın 28-də “VAZ-2106” markalı avtomobillə Alxanlı kəndi ərazisində və Füzuli şəhəri ərazisində yerləşən nəzarət postlarında tabesizlik göstərərək işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərdiyinə görə saxlanılmış Əhmədbəyli kənd sakini M.Möhsümzadə barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə protokol tərtib edib.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyindən məlumat verilib.

O, məhkəmə tərəfindən 25 gün müddətinə inzibati qaydada həbs edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti