Türkiyə XİN-dən konsulu öldürən terrorçunun azadlığa çıxmasına münasibət

Türkiyə XİN-dən konsulu öldürən terrorçunun azadlığa çıxmasına münasibət
  30 Oktyabr 2021    Oxunub:550
Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) ölkənin Los-Ancelsdəki baş konsulunu öldürmüş ASALA üzvünün azadlığa buraxılmasına münasibət bildirib.
AzVision.az xəbər verir ki, XİN-in açıqlamasında bu qərar terrora güzəştə gedən böyük səhv kimi qiymətləndirilib və pislənib.

"Bu cür qərarların terrorla mübarizəyə deyil, terrorçuluğun siyasi məqsədlərə çatmaq üçün istifadə olunmasına xidmət edəcəyi aşkardır", - açıqlamada vurğulanıb.

Xatırladaq ki, 1982-ci ildə Türkiyənin baş konsulunu öldürən ASALA terror təşkilatının üzvü Ambik Sasunyan azadlığa buraxılıb və hazırda Ermənistandadır.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Türkiyə-XİN  





Xəbər lenti