İki koronavirus xəstəsi metroda saxlanıldı

İki koronavirus xəstəsi metroda saxlanıldı
  30 Oktyabr 2021    Oxunub:1109
Oktyabrın 29-da Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən “COVİD-19” virusuna yoluxaraq ev şəraitində müalicədə olan 2 nəfər müəyyən edilərək saxlanılıb.
Daxili İşlər Nazirliyindən AzVision.az -a verilən məlumata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

AzVision.az


Teqlər: Polis  





Xəbər lenti