Ərdoğan G20 Sammitində iştirak edir

 Ərdoğan G20 Sammitində iştirak edir
  30 Oktyabr 2021    Oxunub:1507
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın paytaxtı Romada keçirilən "G20" sammitində iştirak edir.
AzVision.az xəbər verir ki, Türkiyə liderini İtaliyanın Baş naziri Mario Draqi qarşılayıb.
Daha sonra sammitə qatılan dünya liderləri birlikdə foto çəkdirib. Bu zaman Ərdoğanın ABŞ Prezidenti Co Baydenlə söhbəti diqqət çəkib.

Xatırladaq ki, dövlət başçıları sammitin ilk günündə "Qlobal iqtisadiyyat və qlobal sağlamlıq" sessiyasında bir araya gələcəklər. Sammitdə epidemiya zamanı iqtisadiyyatın bərpası, peyvənd kampaniyası və digər mövzular da müzakirə olunacaq.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Türkiyə   G20  



Xəbər lenti