Putin regional enerji bazarlarındakı böhranı şərh edib

Putin regional enerji bazarlarındakı böhranı şərh edib
  30 Oktyabr 2021    Oxunub:917
"Regional enerji bazarlarındakı böhran enerji sektorunun sabit işləməsinin nə qədər vacib olduğunu göstərdi".
AzVision.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “G20” ölkələrinin sammitində videokonfrans vasitəsilə çıxışında deyib.

"Pandemiya ilə yanaşı, regional enerji bazarlarındakı böhran bir daha göstərdi ki, müasir dünya üçün enerji sektorunun sabit, inamlı fəaliyyəti nə qədər kritikdir", - Putin söyləyib.

Rusiya prezidenti əlavə edib ki, qlobal enerji bazarlarının davamlılığı bilavasitə həm istehsalçının, həm də istehlakçının məsuliyyətindən asılıdır: "Qlobal enerji bazarlarının sabitliyi tərəflərin hər birinin uzunmüddətli maraqlarının nəzərə alınması əsasında, onun bütün iştirakçılarının, həm istehsalçıların, həm də istehlakçıların məsuliyyətindən birbaşa asılıdır. Rusiya yalnız iqtisadi mülahizələri rəhbər tutaraq, praqmatik məcrada hərtərəfli müzakirənin tərəfdarıdır”.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Vladimir-Putin  





Xəbər lenti