Gürcüstanda seçici fəallığı 31,82% təşkil edir

Gürcüstanda seçici fəallığı 31,82% təşkil edir
  30 Oktyabr 2021    Oxunub:1009
Gürcüstanda yerli vaxtla saat 15:00-da seçkilərin ikinci turunda seçici fəallığı 31,82% təşkil edib.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb. Bu vaxta qədər seçkilərdə 664 min 573 seçici səs verib.

Müqayisə üçün, seçkilərin birinci turunda saat 15:00-a olan seçici fəallığı 33,18%, 2017-ci ildə yerli özünüidarəetmə orqanlarına keçirilən son seçkilərdə isə 29,84% təşkil edib.

Bu gün ən yüksək aktivlik Raça-Leçxumi bölgəsində (45,4%), ən aşağısı isə Mtsxeta-Mtianeti bölgəsində (26,9%) müşahidə olunur.

Paytaxta gəlincə, orada seçicilərin 30,8 faizi səs verib.Tbilisidə ən fəal seçicilər 34,2%-nin artıq öz seçimini etdiyi Didube rayonu, ən qeyri-fəal olanlar isə 27,4%-nin səsverməyə gəldiyi İsani rayonunun sakinləridir.

Gürcüstanın iri şəhərlərində seçici fəallığına gəlincə, vəziyyət belədir:

Rustavi - 33,9%

Kutaisi - 29,7%

Poti - 33,9%

Zuqdidi - 29,2%

Batumi - 34,2%

Xatırladaq ki, Gürcüstan vətəndaşları bu gün 20 şəhər və rayonun merlərini, eləcəd də yerli məclislərə deputatlar seçirlər.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Gürcüstan   Seçki  





Xəbər lenti