Lavrov Çavuşoğlu ilə görüşəcək

   Lavrov Çavuşoğlu ilə görüşəcək
  30 Oktyabr 2021    Oxunub:1213
Rusiyanın xarici işlər naziri Sergey Lavrov “G20” ölkələrinin dövlət və hökumət başçılarının sammitində iştirak etmək üçün İtaliyanın paytaxtı Romaya gəlib.
AzVision.az "TASS"a istinadən xəbər verir ki, Lavrov sammit çərçivəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcək.

Onun Çinin xarici işlər naziri Vanq Yi və fransalı həmkarı Jan-İv Le Drian ilə də danışıqlar aparması nəzərdə tutulub.

Bundan əlavə, BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Devid Bisli və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adan Qebreyesus ilə görüşlər gözlənilir.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin sammitin iclaslarında videobağlantı vasitəsilə iştirak edəcək.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Sergey-Lavrov   G20  



Xəbər lenti