Tiflisdə mer seçkiləri ilə bağlı “exit-poll”un nəticələri məlum olub

Tiflisdə mer seçkiləri ilə bağlı “exit-poll”un nəticələri məlum olub
  30 Oktyabr 2021    Oxunub:652
Tiflisdə mer seçkiləri ilə bağlı aparılan iki “exit-poll”un nəticələri açıqlanıb.
AzVision.az xəbər verir ki, hakimiyyətə yaxtın “İmedi” telekanalının sifariş etdiyi “exit-poll”a əsasən, hakim Gürcü Arzusu Partiyasının namizədi Kaxa Kaladze 57,2 %, müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Nika Meliya isə 42,8 % səs əldə edib.

Nəticələrə görə, “Gürcü Arzusu”nun Rustavi, Kutaisi və Batumi meri vəzifələrinə namizədləri də 50 %-dən çox səs toplayıblar.

Müxalif “Mtavari arxi” telekanalının sifarişi əsasında keçirilmiş “exit-poll”a əsasən isə, K.Kaladze 49 %, N.Meliya isə 51 % səs qazanıb.

AzVision.az



Teqlər: Tiflis   Seçkilər   Exit-Poll  





Xəbər lenti