Bu gün Türkiyədə koronavirusdan 203 nəfər vəfat edib

Bu gün Türkiyədə koronavirusdan 203 nəfər vəfat edib
  30 Oktyabr 2021    Oxunub:875
Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 203 nəfər ölüb.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 344 163 nəfər test edilib, onların 23 096-nun koronavirus testi pozitiv nəticə verib. 28 632 nəfər müalicə olunaraq sağalıb.

Nazirlikdən paylaşılan statistikaya görə, Türkiyədə indiyədək COVID-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 116 210 213 peyvənd tətbiq edilib ki, bunun 89,21 faizi birinci, 78,32 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.

AzVision.az



Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti