Ermənistanda koronavirusla bağlı son vəziyyət

Ermənistanda koronavirusla bağlı son vəziyyət
  31 Oktyabr 2021    Oxunub:587
Ermənistanda son sutka ərzində daha 1 587 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
AzVision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 308 326 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 44 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 6328-ə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1295 nəfərdir. Aktiv xəstələrin sayı 31 603 nəfər təşkil edir.

AzVision.az


Teqlər: Ermənistan   koronavirus  





Xəbər lenti