Braziliyalı senator erməni terroru qurbanlarının xatirəsini anıb

   Braziliyalı senator erməni terroru qurbanlarının xatirəsini anıb
  31 Oktyabr 2021    Oxunub:639
Braziliya Milli Konqresi Senatının Braziliya-Azərbaycan parlamentlərarası əməkdaşlıq üzrə dostluq qrupunun rəhbəri Antonio Anastasiya Gəncə şəhərinə səfər edib.
AzVision.az xəbər verir ki, dostluq qrupunun rəhbəri Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Gəncədə törədilən terror hadisələrinin baş verdiyi ərazilərə baş çəkib.

Antonio Anastasiyaya erməni terroru barədə məlumat verilib. Qonaq həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq dağıntılar olan əraziyə güllər düzüb.



AzVision.az


Teqlər: Gəncə   erməniterroru  





Xəbər lenti