Daha 2 261 nəfər koronavirusa yoluxub, 25 nəfər ölüb

   Daha 2 261 nəfər koronavirusa yoluxub,    25 nəfər ölüb
  31 Oktyabr 2021    Oxunub:685
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 261 yeni yoluxma faktı qeydə alınıb, 1 805 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzVision.az -a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 25 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 531 370 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 494 179 nəfər müalicə olunaraq sağalıb, 7 074 nəfər vəfat edib. 30 117 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 697, bu günə qədər isə ümumilikdə 5 195 536 test icra olunub.

AzVision.az


Teqlər: Koronavirus  



Xəbər lenti