Bakıda intihara cəhdin qarşısı alınıb

Bakıda intihara cəhdin qarşısı alınıb
  01 Noyabr 2021    Oxunub:1026
Bakıda intihara cəhd hadisəsi qeydə alınıb.
Bu barədə AzVision.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir. Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Yasamal rayonunda 1 nəfər beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsinin pilləkən qəfəsindəki pəncərəyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

AzVision.az


Teqlər: FHN  





Xəbər lenti