Rusiya pandemiyanın 5-ci dalğasını yaşayır

 Rusiya pandemiyanın 5-ci dalğasını yaşayır
  01 Noyabr 2021    Oxunub:1266
"2021-ci ilin yazından Rusiya koronavirus pandemiyasının 5-ci dalğasını yaşayır. Bu zaman ölkədə növbəti dəfə xəstəliyin artdığı müşahidə olunur".
AzVision.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "Rusiya qəzeti"ndə dərc olunmuş məqaləsində yazıb.

"Biz bu yaz pandemiyanın beşinci mərhələsinə qədəm qoyduq və bu dövr indiki günə qədər davam edir. Hal hazırda testlərin həcminin artmasından irəli gələrək xəstələrin sayında əvvələr heç zaman müşahidə olunmamış artımı ımüşahidə edirik. Yoluxma səviyyəsi çox yüksək, demək olar kritik həddədir, kütləvi vaksinasiya gedir", -Medvedev bildirib.

AzVision.az



Teqlər: DmitriMedvedev  





Xəbər lenti