"100-dən çox şəxsə zorakılıq edilib" - Hərbi prokuror “Tərtər işi"ndən danışdı

 "100-dən çox şəxsə zorakılıq edilib" -  Hərbi prokuror “Tərtər işi"ndən danışdı
  01 Noyabr 2021    Oxunub:2705
““Tərtər işi”ndə təkcə işgəncə işi üzrə 100-dən çox şəxsə müxtəlif formada fiziki zorakılıq həyata keçirilib”.
AzVision.az xəbər verir ki, bunu Baş prokurorun müavini - Azərbaycanın Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, yalnız təqsirləndiirlən şəxslərə deyil, digər şəxslərə qarşı da qanunauyğun tədbirlər keçirilib:

“Biz istintaq gedişində bəzi şəxsləri məsuliyyətə cəlb etmişdik. Lakin sonra müəyyən elədik ki, həmin şəxslərin günahı yoxdur və onlar barəsindəki cinayət işinə xitam verildi. Demək istəyirəm ki, Hərbi Prokurorluq obyektiv olmağa çalışıb. Zənn edirəm ki, buna nail olub. Təqsirləndirilən şəxslərə hökm çıxarılsa da, həmin şəxslər hökmlərdən apelyasiya şikayəti verdilər. Daha sonra Ali Məhkəməyə kassasiya şikayəti olunub. Həm apelyasiya, həm kassasiya mərhələlərində göstərilən şəxslərin həmin cinayətləri törətməsi barədə verilmiş hökmlərin əsaslı və qanuni olduğundan hökmlər qüvvədə saxlanılıb”.

Baş prokurorun müavini bildirib ki, Hərbi Prokurorluq tərəfindən aparılan istintaq zamanı müəyyən olunub ki, Hərbi Prokurorluq istintaq aparana qədər olan dövrdə - bir neçə gün ərzində olub - dövlətə xəyanətdə şübhələndirilən şəxslərə qarşı qanundan kənar çox ciddi fiziki zorakılıqlar həyata keçirilib: “Nəticədə biz cinayət işi başlayana qədər bir nəfər şəxs vəfat edib. Şəxsən mən özüm, eləcə də Respublika Hərbi Prokurorunun birinci müavini, istintaq üzrə kurator Şəfahət İmranov, bundan başqa, Baş prokurorunun birinci müavini Rüstəm Usubov, İdarə rəisi və digərləri həmin hərbi hissəyə getdik.

Müəyyən etdim ki, doğrudan da kütləvi şəkildə hərbçi şəxslərə qarşı qeyri-qanuni formada işgəncə tədbirləri həyata keçirilib. Ona görə dərhal cinayət işi başladıq. Mənim tələbim əsasında Müdafiə Nazirliyinin tibb xidmətindən böyük həkim briqadası gəldi, oradakı şəxsləri müayinə etdi. Kimlərin hansı dərəcədə müalicəyə ehtiyacı olduğunu müəyyənləşdirdi”.

AzVision.az



Teqlər: Baş-Prokuror  



Xəbər lenti