İrəvanda atışma olub, ölən var

İrəvanda atışma olub,    ölən var
  01 Noyabr 2021    Oxunub:812
İrəvanda atışma olub, hadisə nəticəsində bir nəfər qətlə yetirilib.
AzVision.az xəbər verir ki, bu barədə erməni KİV-lər məlumat yayıb.

Qeyd olunub ki, atışma gecə yarı Karmir Blur küçəsində baş verib. Ölən şəxs İrəvanın Şenqavit rayonunun sakini, 41 yaşlı Xaçatur Saakyandır. O, xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Ermənistan   Atışma  



Xəbər lenti