Rusiyada COVID-19-un iki yeni ştammları aşkarlanıb

   Rusiyada COVID-19-un iki yeni ştammları aşkarlanıb
  01 Noyabr 2021    Oxunub:974
Rusiyada yeni növ koronavirus (COVID-19) infeksiyasının “myu” və “lyambda” ştammları aşkarlanıb.
AzVision.az xəbər verir ki, bu barədə “Rospotrebnadzor”un Mərkəzi Epidemioloji Elmi-Tədqiqat İnstitutunun direktoru Vasiliy Akimkin məlumat verib.

Onun sözlərinə görə, “lyambda” ştammına 1, “myu” ştammına isə 3 yoluxma halı qeydə alınıb.

Direktor qeyd edib ki, “delta” ştammı Rusiya və dünyada dominant olaraq qalır.

AzVision.az



Teqlər: Rusiya   Virus  





Xəbər lenti