"Regionda təhlükəsizliyin qorunması daha səmərəli şəkildə təşkil ediləcək" - Baş prokuror
“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının Əsasnaməsində regional əməkdaşlıq əksini tapıb: “Bu, konkret cinayət işlərində yardım, hüquqi vəsadətlərin göndərilməsi, ekstradisiya məsələlərində daha intensiv həyata keçirilməsi ilə bağlıdır. İkinci istiqamət prokurorluq əməkdaşlarının bilik və bacarıqlarının ölkələrin qarşılıqlı olaraq hüquq sisteminin öyrənilməsi, faydalı olarsa, bu təcrübələrin qarşılıqlı tətbiqi ilə bağlıdır.
Ümid edirik ki, son nəticədə regionda təhlükəsizliyin qorunması daha etibarlı təmin ediləcək. İnsan alveri, narkotik vasitələrin qanunsuz dövriyyəsi, çirkli pulların leqallaşdırılması sahəsində birgə regional əməkdaşlığa ciddi ehtiyac var. Əsasnamədə də bu məsələlər əksini tapıb ”.
Aytən Zəhra
AzVision.az
Teqlər: Prokurorluq







Vaxtında, Aydın, Lazımlı!


