Bakıda daha bir məktəb distant tədrisə keçdi

Bakıda daha bir məktəb distant tədrisə keçdi
  01 Noyabr 2021    Oxunub:1000
Paytaxtdakı 47 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzVision.az -a verilən məlumata görə, 47 nömrəli tam orta məktəbin 25 şagirdi və 4 müəlliminin COVİD-19 infeksiyasına yoluxması təsdiq olunub.

Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 47 nömrəli tam orta məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.

Bu müddət ərzində təhsil müəssisəsində dərslər distant formada davam etdiriləcək, tədrisin davamlılığı təmin olunacaq.

Qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.

Aytən Zəhra
AzVision.az


Teqlər: Məktəb  





Xəbər lenti