Japarovun təyyarəsi Britaniyaya buraxılmayıb

 Japarovun təyyarəsi Britaniyaya buraxılmayıb
  01 Noyabr 2021    Oxunub:911
Qırğızıstan prezidenti Sadır Japarovun təyyarəsi texniki tələblərə uyğun olmadığı üçün Böyük Britaniyaya buraxılmayıb.
AzVision.az xəbər verir ki, bu barədə “Sputnik Qırğızıstan” prezident administrasiyasına istinadən məlumat yayıb.

Qeyd olunub ki, BMT-nin iqlim dəyişikliyi üzrə konfransında iştirak üçün Qlazqoya uçan prezident şəxsi təyyarə icarəyə götürməli olub.

"Dövlət başçısının uçduğu “Tu-154” təyyarəsi Avropa İttifaqı və Böyük Britaniyanın texniki standartlarına uyğun gəlmir. Bununla əlaqədar Qırğızıstan tərəfinə bu tipli təyyarələrin endirilməsinin mümkünsüzlüyü barədə məlumat verilib. Qırğızıstan nümayəndə heyətinin şəxsi təyyarə ilə uçması barədə qərar qəbul edilib.
Japarov Qlazqoya "Embraer Lineage 1000" şəxsi təyyarə ilə uçub. Prezident artıq Böyük Britaniyaya gəlib və orada çərşənbə axşamı sammitdə çıxış edəcək", - açıqlamada vurğulanıb.

Xatırladaq ki, “Tu-154” təyyarəsi 2006-cı ildə Rusiya lideri Vladimir Putin tərəfindən Qırğızıstanın keçmiş prezidenti Kurmanbek Bakiyevə hədiyyə edilib. Təyyarə 1993-cü il istehsalıdır.

Pərvanə Sultanova
AzVision.az




Teqlər: Qırğızıstan   Qlazqo   Səfər  





Xəbər lenti