Ermənilər Moskvada dava saldılar

Ermənilər Moskvada dava saldılar
  01 Aprel 2013    Oxunub:1266
Moskvanın mərkəzində ermənilərin iştirakı ilə kütləvi dava baş verib.
Ermənistan və Dağıstan vətəndaşları Moskvanın mərkəzində əlbəyaxa olublar. İnsident Şarmanka restoranının yaxınlığında baş verib.

Dava edənlərin 3-ü dağıstanlı və 10-u erməni olub. Qarşıdurma nəticəsində xəsarət alan 3 erməni xəstəxanaya yerləşdirilib. Digərləri isə qaçıb gizləniblər.

Hazırda Rusiya hüquqmühafizə orqanları insidentin təfərrüatlarını araşdırır.


Teqlər:





Xəbər lenti