Birinci vitse-prezident Şamaxıya səfərlə bağlı paylaşımlar edib

   Birinci vitse-prezident Şamaxıya səfərlə bağlı paylaşımlar edib
  01 Noyabr 2021    Oxunub:1371
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqramdakı hesabında Prezident İlham Əliyevlə birlikdə Şamaxı rayonuna səfərlə bağlı paylaşımlar edib.
AzVision.az xəbər verir ki, Birinci vitse-prezident yazıb:

"Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonunda səfərdə olublar".

Birinci vitse-prezident digər paylaşımlarda Şamaxıda “Azərişıq” ASC-nin Şimal-Qərb Regional SCADA İdarəetmə Mərkəzinin açılışı, Şamaxı şəhərində Gənclər Parkında görülmüş işlərlə tanışlıqdan, Şamaxı şəhər 7 saylı körpələr evi-uşaq bağçasının açılışından, Şamaxı şəhərində Yaradıcılıq Mərkəzinin istifadəyə verilməsindən bəhs edib.



AzVision.az



Teqlər: Mehriban-Əliyeva   Şamaxı  



Xəbər lenti