"Fransa sərhədlərin demarkasiyası və delimitasiyasını dəstəkləyir" - Səfir

   "Fransa sərhədlərin demarkasiyası və delimitasiyasını dəstəkləyir" -  Səfir
  02 Noyabr 2021    Oxunub:1441
"Fransa Azərbaycan və Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyası prosesinə başlanmasını dəstəkləyir. Bu problemin həlli üçün sülh atmosferinin yaradılmasını vacib hesab edir".
AzVision.az xəbər verir ki, bu barədə Fransanın Ermənistandakı səfiri Ann Luyo “Armenpress”ə müsahibəsində deyib.

“Əlbəttə, Fransa hesab edir ki, sərhədlərin demarkasiyası və delimitasiyasına nail olmaq vacibdir. Biz də beynəlxalq ictimaiyyət kimi tərəfləri bu prosesi sülh yolu ilə nizamlamağa çağırırıq. Aydındır ki, sülh mühitinin yaradılması demarkasiya və delimitasiya işlərini sürətləndirəcək”, - diplomat vurğulayıb.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Fransa   Sərhəd   Delimitasiya  



Xəbər lenti