Dünyanı 90-dan çox ölkəsi metan emissiyalarını 30% azaldacaq

Dünyanı 90-dan çox ölkəsi metan emissiyalarını 30% azaldacaq
  02 Noyabr 2021    Oxunub:1349
Dünyanın 90-dan çox ölkəsi 2030-cu ilə qədər metan emissiyalarını 30% azaltmaqla bağlı Avropa İttifaqı və ABŞ-ın qlobal təşəbbüsünə qoşulub.
AzVision.az xəbər verir ki, bu barədə Ağ Evin yaydığı açıqlamada deyilir. Qeyd olunub ki, metan emissiyaları iqlim dəyişikliyinə səbəb olan əsas amillərdən biridir:

“Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP26) 26-cı Tərəflər Konfransının ikinci gününün rəsmi mərasimində bu barədə məlumat veriləcək. Bu ölkələrin 15-i havaya daha çox metan emissiyaları buraxan ölkələrdir”.

Ağ Ev həmçinin, birbaşa ABŞ-ın fəaliyyət planını da dərc edib. Neft və qaz sənayesinin tullantıları təxminən 75% azaldılacaq, ayrı-ayrı ştatlar isə öz tədbirlər planını hazırlayacaq.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Metan   BMT  



Xəbər lenti