Latviya səfirliyi Milli Kitabxanaya yeni kitablar hədiyyə edib

Latviya səfirliyi Milli Kitabxanaya yeni kitablar hədiyyə edib
  02 Noyabr 2021    Oxunub:1354
Bu gün Latviyanın ölkəmizdəki səfirliyi Azərbaycan Milli Kitabxanasına bir sıra kitablar təqdim edib.
AzVision.az xəbər verir ki, tədbirdə çıxış edən kitabxananın direktoru Kərim Tahirov iki il əvvəl burada kitab guşəsi yaradıldığını də ümumilikdə 300-dən artıq kitab toplandığını deyib. Onun sözlərinə örə, bu əsərlərin hamısı ya latış, ya da ingilis və digər dillərdədir.

Əlavə edib ki, Milli Kitabxananın ehtiyatında Latviya yazarlarının qələminin məhsulu olan minlərlə kitab var: "Guşədəki kitablar zaman-zaman yeni gələn əsərlərin hesabına yenilənməkdədir. Kitabxanamıza gələn oxucular burada dost Latviyaya aid bütün janrlarda əsərlərlə tanış ola bilərlər. Bu gün də bir sıra əsərlər hədiyyə olunub. Latviya səfirliyi ilə kitabxanamız arasında bağlanmış əməkdaşlıq müqaviləsinə əsasən yeni kitabların əldə olunması prosesi davam edəcək. Burada toplanmış kitabları və onların PDF variantını internet üzərindən oxumaqla dost Latviyanin tarixi, mədəniyyəti, adət-ənənələri və sair haqda dolğum məlumat almaq olar".

Latviya səfirliyinin müvəqqəti işlər vəkili xanım Vija Buşa deyib ki, bu gün ölkəsi adından növbəti kitab dəstlərini kitabxanaya hədiyyə etdiyi üçün çox şaddır. O, gətirilən kitabların Latviya Milli Kitabxanasının Azərbaycana hədiyyələri olduğunu vurğulayıb: "Çox sevinirik ki, Latviya dövləti Milli Kitabxanada öz guşəsi ilə təmsil olunur və biz də öz növbəmizdə bura vaxtaşırı kitablar hədiyyə etdiyimiz üçün şadıq. Hesab edirəm ki, guşədə toplanan kitablar xalqlarımız və ölkələrimiz arasında əməkdaşlığın inkişafına öz töhfəsini verəcək”.

Daha sonra Buşa gətirdikləri kitabları kitabxananın direktoru K.Tahirova təqdim edib.

Pərvanə Sultanova
AzVision.az




Teqlər: Latviya   Kitab  





Xəbər lenti