Bakıda 180 küçə və prospektdə panduslar quraşdırılıb

Qeyd edək ki, əlilliyi olan şəxslərin rahat hərəkətini və müyəssərliyin təmin edilməsi baxımından panduslar şəhər nəqliyyatında mühüm əhəmiyyətə malikdir. Tarixə nəzər salsaq, pandusların ilk dəfə inşası İngiltərədə 1930-cu illərə təsadüf edir. Daha sonra panduslardan istifadə 1940-cı illərdə ABŞ-ın Miçiqan ştatının Kalamazu şəhərində pilot layihə kimi baş tutub.
Panduslar inşa edilərkən əlilliyi olan şəxslərin rahat və maneəsiz hərəkəti üçün müəyyən standartlar mövcuddur. Dünya təcrübəsində pandusun mailliyi 8-10 faiz olaraq müəyyən edilib.
AzVision.az