Azərbaycan 11 hərbçinin qalıqlarını Ermənistana təhvil verib

 Azərbaycan 11 hərbçinin qalıqlarını Ermənistana təhvil verib
  02 Noyabr 2021    Oxunub:1670
Azərbaycan Qarabağ müharibəsində ölən 11 erməni hərbçinin meyitinin qalıqlarını Ermənistana təhvil verib.
AzVision.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Qeyd olunub ki, qalıqlar Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində qarşı tərəfə verilib. Onların kimliyi məhkəmə-tibbi ekspertizasının nəticələrinə əsasən müəyyən ediləcək.

Xatırladaq ki, müharibədən keçən müddət ərzində ümumilikdə 1697 erməninin meyiti və ya qalığı aşkarlanıb.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Qarabağ   Erməni   Hərbçi  





Xəbər lenti