Ermənistanın sabiq baş prokurorunun həbs müddəti artırıldı

 Ermənistanın sabiq baş prokurorunun həbs müddəti artırıldı
  02 Noyabr 2021    Oxunub:1409
Ermənistan sabiq baş prokuroru və İstintaq Komitəsinin keçmiş rəhbəri Aqvan Ovsepyanın həbs müddəti daha 2 ay artırılıb.
AzVision.az xəbər verir ki, bu barədə çərşənbə axşamı "Sputnik Ermənistan"ın müxbirinə vəkil Sasun Rafaelyan məlumat verib:
"Qərardan Apellyasiya Məhkəməsinə şikayət edəcəyik”, - deyə Rafaelyan bildirib.

Vəkil bu işdə məhkəmədə vəsatətlərə kimin baxmasının təsadüfi olmadığını qeyd edib. O bildirib ki,  əvvəlki iclaslara siyasi qərarlar qəbul etməklə tanınan hakim Mnatsakan Martirosyan sədrlik edirdi. Həbs müddətinin uzadılması ilə bağlı hazırkı qərarı bir vaxtlar məhkəmələrin bloklanmasında iştirak etmiş (baş nazir Nikol Paşinyanın çağırışından sonra – red.) hakim David Arqamanyan verib.

AzVision.az


Teqlər: Ermənistanın  





Xəbər lenti