Polşada Ukrayna peyvəndinin sınaqlarına başlanılıb

Polşada Ukrayna peyvəndinin sınaqlarına başlanılıb
  03 Noyabr 2021    Oxunub:934
Polşanın Qdansk laboratoriyasında koronavirusa qarşı Ukrayna peyvəndinin sınaqlarına başlanılıb, onun tablet və ya sprey formasında buraxılması planlaşdırılır.
AzVision.az xəbər verir ki, bu barədə “Ukrayna-24” telekanalı məlumat yayıb. Peyvəndi Ukrayna Milli Elmlər Akademiyasının Lvov Hüceyrə Biologiyası İnstitutunun alimləri hazırlayıb. Layihənin rəhbəri akademik Andrey Sibirndir.

Onun sözlərinə görə, peyvənd xeyli ucuz başa gələcək. Peyvənd hazırda siçanlar üzərində sınaqdan keçirilir. Əsas diqqət sözügedən peyvəndin sprey formasında olmasına yönəlib.

AzVision.az



Teqlər: Polşa  



Xəbər lenti