Ermənistanda virusa yoluxanların sayı 312 mini keçdi

Ermənistanda virusa yoluxanların sayı 312 mini keçdi
  03 Noyabr 2021    Oxunub:681
Ermənistanda son sutka ərzində daha 2045 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
AzVision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 312 674 nəfərə çatıb.


Ermənistanda koronavirusdan bir gündə 50 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 6491-ə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1312 nəfərdir. Aktiv xəstələrin sayı 31 263 nəfər təşkil edir.

Pərvanə Sultanova
AzVision.az




Teqlər: Ermənistan   COVİD-19  





Xəbər lenti