Avropa Parlamentinin nümayəndə heyəti ilk dəfə Tayvana səfər edib

Avropa Parlamentinin nümayəndə heyəti ilk dəfə Tayvana səfər edib
  03 Noyabr 2021    Oxunub:1109
Avropa Parlamentinin (AP) nümayəndə heyəti ilk dəfə Tayvana rəsmi xarakter daşıdığı bildirliən üç günlük səfər edib.
AzVision.az xəbər verir ki, bu barədə adanın mərkəzi xəbər agentliyi məlumat yayıb.

AP nümayəndə heyətinin tərkibinə demokratik proseslərə xarici müdaxilələr üzrə ötən il yaradılmış xüsusi komitənin üzvləri daxildir. Ona fransalı deputat Rafael Qlyuksman rəhbərlik edir. Heyətə Litva, Çexiya, Yunanıstan və İtaliya parlamentləri daxildir.

Nümayəndə heyəti Tayvanın dezinformasiya ilə mübarizə təcrübəsini, demokratik proseslərə müdaxilə cəhdlərini, media işini, mədəniyyət və təhsil, həmçinin adanın kibertəhlükəsizliyi gücləndirmək səylərini müzakirə etmək niyyətindədir. Səfər zamanı adanın adminstrasiya rəhbəri Çay İnven, hökumət rəhbəri Su Çjençan, bir sıra departamentlərin rəhbərləri və parlament sədri Yu Sikun ilə görüşlər planlaşdırılır.

Bu səfər Tayvanı Çinin ayrılmaz hissəsi hesab edən və adanın xarici dövlətlərlə təmaslarına qarşı çıxan Pekinin kəskin etirazı ilə qarşılaşıb.

Xatırladaq ki, oktyabr ayında Avropa Parlamentinin deputatları Tayvanı Avropa İttifaqının Hind və Sakit okeanları üzrə əsas tərəfdaşı adlandıraraq, Avropa Komissiyasını ada ilə əməkdaşlığı dərinləşdirməyə çağırıblar. Pekin isə AP-dən Çinin dövlət suverenliyinə və ərazi bütövlüyünə xələl gətirən hərəkətləri və bəyanatları dərhal dayandırmağı tələb edib.

Tayvan 1949-cu ildən öz administrasiyası tərəfindən idarə olunur. Əksər ölkələrin, o cümlədən Rusiya tərəfindən dəstəklənən rəsmi mövqeyə görə, ada Çin əyalətlərindən biri hesab olunur.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Çin   Tayvan   Avropa-İttifaqı  





Xəbər lenti