Fəhlənin ölümü ilə bağlı cinayət işi açılıb

İlkin araşdırmalarla müəyyən olunub ki, Sumqayıt şəhərində yeni tikilməkdə olan yaşayış binasının tikintisində fəhlə işləyən Seyhan Həsənalıyev iş görən zaman binanın 9-cu mərtəbəsindən yıxılması nəticəsində almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
AzVision.az
Teqlər: Fəhlə